Avstraliyalı kosmetoloqlar cərrahi müdaxilə olmadan burunun formasını dəyişməyin yeni yolunun tapıblar.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Rinoplastika, yaxud da xüsusi inyeksiyalar əvəzinə həkimlər pasyentlərinə dərini dartan və onun xarici görünüşünü yaxşılaşdıran fibroplast terapiyasını məsləhət görürlər.
Bu prosedurun plastik əməliyyatdan daha ucuz olduğu bildirilir.
Prosedur zamanı həkim xüsusi qələmdən istifadə edir. Qələm dərinin kiçik hissələrinə elektrik cərəyanı ötürməklə ona təsir edir. Alət dəri ilə birbaşa təmas etmir, yalnız dəri səthi üzərində elektrik sahəsi yaradır.