Cənubi Koreyanın Pocheon şəhərinin yaxınlığında təlim zamanı səhvən kəndin üzərinə aviasiya bombaları atılıb.
Hadisə ABŞ və Koreya Respublikasının birgə keçirdiyi təlim atəşləri çərçivəsində qeydə alınıb.
Belə ki, “KF-16” qırıcı təyyarələrindən atışların keçirildiyi poliqondan kənarda 4 bomba atılıb.
İnsident zamanı ikisi hərbçi olmaqla 15 nəfər xəsarət alıb. Bununla yanaşı, kilsə də daxil olmaqla, 7 binaya ziyan dəyib.
Hazırda partlamamış sursatların zərərsizləşdirilməsi üçün əraziyə mütəxəssislər cəlb edilib. Sakinlərin isə sözügedən işlər zamanı təxliyə edilməsi tapşırılıb.
Koreya Respublikasının Hərbi Hava Qüvvələri hadisə ilə bağlı təəssüf hissi keçirdiklərini və təzminat ödəməyə hazır olduqlarını açıqlayıb.