Cənubi Koreya Türkiyədə dağıdıcı zəlzələ nəticəsində evlərini itirənlər üçün sığınacaqlar tikəcək.
Qərar Türkiyəyə yardımın göstərilməsinə dair keçirilən iclasda qəbul edilib.
“Hökumətimiz ilk dəfədir ki, başqa bir ölkəyə axtarış-xilasetmə əməliyyatlarından tutmuş fəlakətin aradan qaldırılması mərhələsinə qədər yardım göstərir”, – deyə Koreya Respublikasının xarici işlər naziri Park Cin bildirib.