Cənnətdəki ilk Mövludun mübarək olsun, Şəhidim

0
259

Bu gün Qəbələ rayon Mirzəbəyli kəndində şəhid Səmədov Xəyyam Mirazim oglunun anim günü qeyd olundu

Tədbirdə Mirzəbəyli kənd sakinləri, şəhidin ailə üzvləri,şəhid ailələri, Qəbələ TV, yazarlar, yaxınları iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş,ruhuna dualar oxunmuşdur.

Tədbir ata ocağınada ehsan süfrəsi arxasında davam etmişdir.
Səmədov Xəyyam Mirazim oğlu 16 yanvar 1986-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Qəbələ rayonunun Mirzəbəyli kənd orta məktəbində təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “Leytenant” hərbi rütbəsi ilə xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Səmədov Xəyyam Mirazim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.

Qəbələ rayonu Mirzəbəyli kənd qəbiristanlığında dəfn edilib.

Ailə tərkibi
Ata: Səmədov Mirazim Xanad oğlu
Ana: Səmədova Səba Əhməd qızı
Bacı: Səmədova Gülşən Mirazim qızı
Qardaş: Səmədov Elşad Mirazim oğlu
Həyat yoldaşı: Səmədova Piyalə Tofiq qızı
Oğlu: Səmədov Murad Xəyyam oğlu
Oğlu: Səmədov Nicat Xəyyam oğlu

Haqqında deyilənlər:
Mərd, cəsur, qorxmaz insan olub.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri