Bu gün Qəbələ rayon Nicat Atayev adına 4 nömrəli tam orta məktəbində Şəhid Məhəmməd Qarayevin anım günü keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, məktəb müəllim kollektivi, şagirdləri iştirak etdi.
Tədbir Azərbaycan respublikasının dövlət himni ilə başladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhidin anası çıxış edərək,öz övladının xatirəsindən danışdı.
Müəllimlər Qarayev Məhəmmədin nümunəvi şagirdi oldugunu söylədilər.
Şagirdlər şeirlər söyləmiş, kompazisiyalar nümayiş etdirmişdi.
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhər sakinidir.
2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.
O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri