Cənnətdəki dogum günün mübarək olsun Şəhidim

0
351

Bu gün Qəbələ rayon Çuxur Qəbələ kənd şəhid Şirinov Taleh Qüdrət oglunun mövludu qeyd olundu.

Tədbirdə Çuxur Qəbələ kənd icrası, Guxur Qəbələ məktəb müəllim kollektivi şagirdləri ilə, ruhanilər, Şirvan şəhid ailələri və qaziləri, Kürdəmir şəhid ailələri, Qəbələ şəhid ailələri,kənd sakinləri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, ailə üzvləri iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Sonra şəhidin anası çıxış edərək gələn qonaqlara ,onu belə bir gündə tək qoymadıqları üçün minnətdarlıq bildirmişdi.

Şəhid ailələri , çıxış edərək şəhidin ailəsinə başsağlığı vermişlər, Sonra məktəb müəllimləri çıxış üçün söz verilmişdi,onlarda Talehin qəhrəmanlığından danışmış, belə bir şagirdləri oldugu üçün qürur duyduqlarını bildirmişdilər.

Məktəblilər kompazisiya nümayiş etdirmiş şeirlər söyləmişdilər.

Qəbələ rayon Vəndam qəsəbəsnin birinci A sinif şagirdi Ayla Abdurahmanova şəhid analarına həsr olunmuş şeirlər söyləmişdir.

Şirvan şəhərindən gələn hərbiçi qazimiz Abbasov Elvin Ayla Abdurrahmanovaya Şuşadan gəlmiş Xarıbülbül nişanının təqdim etmişdir.
Aylanın Vətənpərvər ruhda böyüməsindən onunla qürur duyduğunu söyləmişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə.

“Xarıbülbül Əbədi Məclisin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri