Cənnətdəki dogum günün mübarək olsun, şəhidim

0
393

Bu gün Qəbələ rayon Əmirvan kəndində şəhid Aydın Bayramovun anım günü keçirilldi.

Aydin Bayramov Mətləb oğlu 1997- ci il 2 avqust tarixində Qəbələ rayon Əmirvan kəndində anadan olub.
2015- ci il sentyabrın 27 – də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işgal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ, Talış kəndi, Agdərə istiqamətində gedən döyüşlərdə olub. Aydın Bayramov Oktyabrın 9- da Agdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.Qəbələ rayon Əmirvan kənd qəbiristanlığında dəfn olunub.

Tədbirdə kənd camaatı, rayon icra nümayəndələri, yazarlar, ” Xarıbülbül Ədəbi Məclisin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, şəhid ailələri, qazilər, İmamlar, Sumqayıt icra müavini Seyfəddin Rəhimov, , Sosial inkişaf İctimai Birliyin sədri Məmmədova Bahar ,məktəblilər, mədəniyyət sahəsin kollektivi, Qanun Keşiyində qəzetinin müxbir, Səfərbərlik və Hərbi Xidmətə Cagırış Dövlət xidmətinin rayon söbəsinin rəhbərləri, digər şəxslər iştirak etdi.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu .
Azərbaycanın Dövlət himni səslənildi,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra ruhuna dualar oxunudu.
Şəhid ailələrinə söz verildi, gələn qonaqlar çıxış etdi.

Sosial inkişaf İctimai Birliyin sədri Məmmədova Bahar şəhidin atasına fəxri diplom təqdim etdi.
Sonra hər zaman şəhid ailələrinin yanında olan Mehman Şəfiyev, Təranə Alməmmədova, Xəbər .Az Beyləqan regional rərbəri Fəxri Nəsirliyə diplom verildi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisin,” Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri