Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də Qəbələ rayonun Seyidüışlaq kəndində olan şəhid Qədirzadə Aqşin Elman oglu.
Bu gün şəhidin anım günü keçirildi. Tədbirdə şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhid ailələri, qazilər , məktəblilər, məzarını ziyarət edib, ruhuna dualar oxunmuş , məzarına gül dəstələri qoyulmuş,xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir. Allah rəhmət eləsin Şəhidlərimizə
Qəbələ rayon Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri
Təranə Alməmmədova.