Bu gün Qəbələ rayon Kiçik Əmilli kəndin şəhidi Coşqun Bayramovun anım mərasimi keçirildi.
Tədbirdə şəhid ailələri, kənd sakinləri, yazarlar, axundlar , təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Tədbir ata ocağına da çay süfrəsi arxasında davam etmişdir.
Bayramov Coşqun Ənvər oğlu 1991 ci il may ayının 25-də Qəbələ rayonu Qəmərvan kəndində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayonu Kiçik Əmilli kənd məktəbində alıb. 2009 cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Beyləqan rayonunda olan N saylı hərbi hissədə çavuş kimi başa vurub. 2020 ci il 21 sentyabrda başlanan hərbi təlimlərə qatılıb, 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində olan döyüşlərdə şücaət göstərir, bir neçə yerlərin düşmən işğalından azad olunmasında yaxından iştirak etmişdir. 2020 ci il 6 oktyabr tarixində Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 24 oktyabrda Qəbələ rayonu Kiçik Əmilli kənd qəbristanlığında dəfn olunmuşdur.Allah rəhmət etsin. Ailəlidir. 5 ildən sonra dünyaya gələn bir oğlu var.
Allah rəhmət eləsin şəhidlərimizə
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
Təranə Alməmmədova




