Cənnətdəki doğum günün mübarək olsun şəhidim

0
35


Bu gün şəhid Səmədli Vüqarın anım mərasimi keçirildi.
Tədbirdə şəhid ailələri, qazilər, yazarlar ictimai təşkilatların rəhbərləri, kənd sakinləri, axundlar, Qəbələ TV iştirak etmişdir.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.

Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi.

Şəhidin valideynləri çıxış edərək bele bir gündə onların yanında olanlara öz minnətdarlığını bildirmişdir.

Tədbir şəhidin ata ocağınada çay süfrəsi arxasında davam etmişdir.

Səmədli Vuqar Vaqif oğlu 20.02.1992ci ildə Qəbələ rayon Yengicə kəndində anadan olub.1998 2007ci illərdə Yengicə kənd məktəbində təhsil alib. 2010 ci il aprel ayında həqiqi hərbi xidmətə gedib. Xidmətəni Bakı şəhərində N saylı hərbi hissədə Sülhməramlı qüvvələrdə edib. 2011ci il oktyabr ayında xidmətəni başa vurub. Daha sonra maddi cətinliklər olduğu üçün tikinti sahəsində işləməyə başlayır. 2 ilə yaxın idi Çeçenistan Respiblikasında işleyirdi. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid olduğunu eşidib işini ataraq vətənə qayitmaq qərarini verir. Bir müddət karantində qalir vətənə gələndə artıq vətən muharibəsi başlamışdi. Oktyabın 1i eve gəlmədən kamisarliğa gedir könüllü yazılır. 5 oktyabr könüllü olaraq muharibəyə gedir. Bir neçə gun Agcabədi də N sayli Hərbi hissədə qalir ve daha sonra mən yatmaga yox döyüşməyə gəlmişəm deyərək komandanlıga müraciət edir. Kəşfiyyat siralarina qatilir və Zengilan, Qubadlı, Fizuli ve Cəbrayılın azad olunmasında fəal iştirak edir. Daha sonra Şuşa uğrunda döyüşlərə qatılır 2 Noyabr 2020ci ildə Şuşanın Daşaltı kəndi uğrunda döyüşdə şəhid olub. 3 Noyabr Doğulduğu Yengicə kəndində dəfn olunub. Şəhid Səmədli Vuqar Vaqif oğlu ölümdən sonra Cenab Ali Baş Komandanin sərancamı ilə “Vətən Uğrunda” “Döyüşdə Fərqlənməyə Görə” “Qubadlının Azad Olunmasına Gorə” medalları ilə təltif olunub

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri