Cənnətdəki doğum günün mübarək olsun

0
62

Vətən müharibəsi şəhidi Babayev Agaşirin Firuz oğlunun doğum günü münasibətilə xatirəsi anılmışdır

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Qəbələ rayon sakini, şəhid Babayev Agaşirin Firuz oğlunun doğum günüdür.

Tədbirdə şəhidin təhsil aldığı məktəbinin kollektivi , Qəbələ şəhid ailələri, qazilər, DAMM – SİM Qəbələ nümayəndliyi rəhbəri, axundlar, sairlər, Qəbələ TV, Kürdəmir şəhid ailələri, Agsu şəhid ailələri , məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.

Rayon numayəndləri, qazilər, çıxış etdi, məktəblilər şerirler söylədi, şəhidin qəhrəmanlıgından danışıldı.
Şəhid Ağaşirin Babayev

Babayev Ağaşirin 2001 ci il 16 mayda Qəbələ rayonu Qəmərvan kəndində anadan olub. Orta təhsilini 2007- 2018 ci illərdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbində alıb. 2019 cu ildə həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini davam etdirən zaman 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 3 noyabrda Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 18 noyabrda müqəddəs nəşi ailəsinə təhvil verilib. 2020 ci il 19 noyabrda Qəbələ şəhər qəbristanlığında dəfn olunub.

Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir .

Allah şəhidlərimizə rəhmət eləsin.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri

Təranə Alməmmədova.