Cənnətdəki dogum günün mübarək olsun!

0
452

Vətən müharibəsi şəhidi Ümman Əmiraslanovun doğum günü münasibətilə xatirəsi anılmışdır
2021-12-21
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Mıxlıqovaq kənd sakini, şəhid Əmiraslanov Ümman Namiq oğlunun doğum günüdür. Rayon icra hakimiyyətinin,İNK rayon rəhbəri, şəhid ailələri, qazilər təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid Ümman Əmiraslanovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.
Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

İctimai Nəzarət Koalisiyasının Qəbələ nümayəndliyinin sədri .