Sevinc Osmanqızının Bakıdakı gizli dəstəkçiləri…

0
669

Getdikcə daha maraqlı faktlarla razılaşırıq. Görünür, elə buna görədir ki, qaragüruhun başı və ayaqları əsməkdədir. Elə əlləri də.

Diqqəti 15 iyul hadisəsindən yayındırmaq məqsədilə Kərimli və güruhu öz titrək məntiqi və qocafəndi əsən əlləri ilə ümumi platforma yazmaqdadır. Kərimli çıxış edir: “Dostlarımı buraxın, məni həbs edin, payızda sədrlikdən də gedərəm”. Başqası buyurur: “Düşmənimiz birdir! O da erməni!”

Belə pafoslu demoqogiyalar məhz indi ayaq açmaqdadır. Hətta iki daşın arasında Kərimlinin güruhdaşı Fuad Qəhrəmanlının həbsxanada ölüm xəbərini yayırlar. Ermənistanın Azərbaycana xain basqını bir tərəfdə qalıb, Sevinc Osmanqızı  “Vaşinqton Post”da Azərbaycan əleyhinə yazılar təşkil etdirir.

Diqqəti 15 iyul hadisələrindən yayındırmaq, dövlət çevrilişinə cəhd faktını “ukladka” edib mülayim formaya salmaq məqsədilə. Osmanqızı artıq öz əsil simasını demokratiya, insan haqları, azad media kimi makiyajlarla bəzəməyə də çalışmır. 1991-ci il Qarakənd terrorunu hər vəchlə Tamerlan Qarayevdən keçid etməklə Azərbaycanın üzərinə yönəldən, Xocalı soyqırımının müəlliflik hüququnu ermənilərin əlindən almağa çalışan və buna bir neçə dəfə uğursuz cəhd edən Osmanqızı ermənilərin iştirakı ilə Sovet DTK-sının təşkil etdiyi Sumqayıt hadisələrini də, 13 yanvar provokasiyasını da Azərbaycanın ayağına yazmaqdan çəkinmir.

Dünya azərbaycanlılarının bütün dünyada keçirdiyi etiraz aksiyalarının qarşısına məhz Osmanqızı çıxdı. Onun əlinə verilmiş tribunanın mahiyyəti bəlli oldu. Bu qaratoxmaq qadının qisasçılıq missiyası da var. Onu anlamaq olar. Neçə müddətdir ki, apardığı təbliğatla o, xaricdə yaşayan azərbaycanlılara öz kontingenti kimi yanaşırdı. Onlardan pul dilənirdi. Amma hadisələr göstərdi ki, onun bütün fəaliyyəti səmərəsiz olub. Yanında Gültəkin Hacıbəyli, Arif Məmmədov, Cəmil Həsənli kimi bir iki siyasi idbardan savayı heç kim qalmayıb. Onun və onun kimilərin Azərbaycan polisini gözdən salmağa hesablanmış, 2018-ci ilin iyulundan başlayan kampaniyaları da puç oldu. Gah daşa basırdılar, gah onun qanuni borclarını yerinə yetirməyi irad tuturdular. Uzun müddətli pressinqdən sonra polisin çəkinəcəyinə, dişsiz damaq olacağına bel bağlayırdılar. Və bu təbliğatın önündə Osmanqızı kanalı gedirdi. Özünün Azad söz və Meydan TV kimi erməni mövqeli ruporları ilə birlikdə.

Neçə vaxtdır ordunun gözdən salınması kampaniyası aparılırdı. Baş Qərargah rəisi Nəcməddin Sadıqovu ermənilərlə iş birliyində ittiham edir, onun Silahlı Qüvvələrdə tutduğu olduqca mühüm postu vururdular. Baxmayaraq ki, ordunun həyata keçirdiyi bütün əməliyyatlarda Baş Qərargah rəisi iştirak edir. Necə ola bilər ki, ordunun uğurlarından danışılsın, amma Qərargah rəisini uğursuz biri kimi hədəfə alsınlar?

Bütün bunlar bir məqsədlə edilirdi. Müdafiıə Nazirliyinin rəhbərliyini məqsədli şəkildə hədəf seçmək kimə və nəyə lazım idi?

Son hadisələr fonunda bu sual da özünə ətraflı cavab tələb edir.

Osmanqızı və güruhunun qəzəbinə bir səbəb də beynəlxalq arenada yeni təşkilatlanmağa başlayan diasporumuzun çoxəsrlik erməni diasporuna uduzmaması, əksinə, bir neçə yerdə böyük üstünlüklə qalib gəlməsidir. Buna görə bu kanalın qaratoxmağı eyni yerə döyəcləməklə azərbaycanlıları faktiki olaraq diasporluqdan kənara çağırır.

Bu gün ilk dəfədir ki, qaragüruhun çənəsi zora düşüb. İndi hətta Osmaqnızını altdan-altdan Azərbaycanda dəstəkləyənlərin mövqeləri zəifləyib. Hətta Sevincin xalası göyçək biri olduğu barədə məlumatlar yayılmağa başlayıb və bu qaratoxmaq qadına deyirlər ki, sən Osmanın qızı olsan da, özünü Pomidor Zeynəbin nəvəsi tək aparırsan.

İndi mövqe vaxtıdır. Abrına qısılıb özünü qorumaq zamanı deyil. Azərbaycanın ziyalı korpusu sosial şəbəkələrdə fəal olmalıdır. “Osmanqızı ilə mübarizəni Əhməd aparır deyə, mən onunla bir səngərdə dayanmayacam” demək alınmır. Onda sən dərhal qarşı səngərdə olacaqsan və ordasan.

Şəbəkə hipnozu əksər ziyalıları qorxu altında saxlayır. Başa düşmək lazımdır ki, bu bəlayla bir mübarizə yolu var. O da hamının şəbəkələrdə eyni zamanda birlikdə qalxmasıdır. O zaman qaragüruhun təkhüceyrəliləri məhv olacaq.