Cəlilabadda dərs zamanı ölən uşaqla bağlı yaxınlarından açıqlama – FOTO

0
347

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı dünyasını dəyişib.

Məlumata görə, 2010-cu il təvəllüdlü Elçin tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. Müəllimlər müdaxilə etsələr də, onun nəbzinin vurmadığını müəyyənləşdiriblər. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, bu, artıq gec olub.