Cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır – RƏSMİ

0
965

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin verdiyi məlumatda belə deyilir.

Bildirilir ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.