Bütün diqqətlər Türkiyədədir – Ərdoğanın dediyi gün gəlib çatdı

0
381

10 fevral Türkiyə üçün kritik əhəmiyyətə sahib gündür. Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü xalqa müraciətində əhəmiyyətli müjdə verəcəyinin anonsunu daha əvvəl etmişdi.

Prezidentin müjdəsi ilə bağlı kulislərdə heç bir gizli bilgi müzakirə edilməsə də, bir çox ehtimallar irəli sürülür.

Bu ehtimallar arasında koronavirusa qarşı yerli vaksin, Ədliyyə və Maliyyə Nazirliyi tərəfindən aparılan islahatlar, kosmos məsələsi, elektrik mühərrikli avtomobil və ya “Tesla” şirkətinin sərmayəsi, iqtisadi və energetika sahəsində – qızıl mədəni və ya Aralıq dənizində yeni təbii qaz ehtiyatının tapılması kimi variantlar var.

Qeyd edək ki, Ərdoğanın müjdəni bu gün Türkiyə Böyük Millət Məclisində partiyasının millət vəkilləri ilə iclasında açıqlaması gözlənilir.