“Bütün analara müraciət edərək Prezidentimizi dəstəkləməyə çağırmışam”

0
221

Milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəklədiyini açıqlayıb.

Səmayə Həşimova açıqlamasında bildirib ki, qalib ölkənin vətəndaşları olaraq seçkilərdə fəal iştirak etməliyik:

“Biz 44 günlük Vətən müharibəsində elə-belə qalib ölkə olmamışıq. Şəhidlər verdik, torpaqlarımızı azad etdik. Biz qalib ölkə, qalib xalq olduq. Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra torpaqlarımızı işğaldan azad edib, suverliyimizi tam bərpa etdik. Tariximizdə ilk dəfə bütün ölkə ərazisində Prezident seçkiləri keçiriləcək. Mən hər kəsi seçkilərdə fəal iştirak etməyə səsləyirəm. Mən Polad Həşimovun anası kimi 44 günlük Vətən müharibəsində bütün televiziyalarda çıxış edərək xalqımıza, bütün analara müraciət edərək Prezidentimizi dəstəkləməyə çağırmışam. Bu gün də Polad Həşimovun anası kimi çiyinlərimdə böyük məsuliyyət hiss edirəm. Mən Qalib ölkənin, Qalib Prezidentinə səs verəcəm. İnanıram ki, ölkəmizin gələcəyi daha da yaxşı olacaq”.