ilk xəbər 10:04-də verilib
Bu gün Bakıdan Lvova (Ukrayna) uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə yenisi ilə əvəz olunub.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, təyyarə qarşıdakı 1 saat ərzində Ukraynaya yola düşəcək: “Artıq həmin təyyarə yenisi ilə əvəz olunub və plan üzrə 10:45-də Ukraynaya yola düşəcək”.
Xatırladaq ki, Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.
Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.
Ümumilikdə 1,5 saat ərzində problemin aradan qaldırılmasına cəhdlər olunsa da, heç bir nəticə əldə olunmayıb. Sərnişinlərin başqa təyyarəyə köçürülmələri qərara alınıb.