Şəhidimiz Teymur Osmanoğlu haqqındakı filmə dəvət aldım.
Qayıdanda bir qadın avtobusa mindi. Yanımda yer olduğundan oturması üçün işarə etdim. Gördüm çox həyəcanlıdır. Mənə -Sizi müəllimə oxşadıram, dedi.
Mən – Bəli , dedim 50 ildən də çox işləmişəm müəllim.
Bu vaxt haradan gəlirsiniz?,-deyə mənə müraciət etdi. Mən tədbirdən gəlirəm, dedim.
Bəs sən niyə hələ də bu vaxt yollardasan?.-deyə soruşdum.
Gənc qadın, bu sözə bənd imiş kimi, bu gün başına gələnləri danışmağa başladı. Mən kafedə xadimə işləyirəm. Utanmıram da! Əllərimin zəhməti ilə yaşayıram da. (2 qızımın ali təhsil almasına görə bu arada taksi gəlib çıxmırdı.) Dedi — bu günü hamı matəmlə keçirdi.
İşlədiyim yerdə gənclərin mahnıya gur səs verərək əylənmələrini görüb, onlarla kobudcasına rəftara keçdim. Musiqini tez saxlamağı tələb etdim. Onlar mənə hücum çəkdilər. Əllərimi, saçlarımı dartdılar, müqavimət göstərirdim Şişmiş əlini göstərdi. Nə qədər onları vurdum bilmirəm, bir də gördüm üstümə bıçaqla gəlir, digəri isə vecinə də almır. Tez polisə zəng etdim.
Polis gələndə məsələni məlumatlandırdım. Bildirdim ki, hüzn günüdür yəqin bilirsiz. Bunlar şənlənir, səs küy salır, sevinirdilər….
Gizlətmirəm,hamısını söydüm, vurdum….
Polis onları sakitləşdirdi..
Müdiri isə çağırıb 5 min cərimə ödəyəcəyini bildirdi..
Hamı sərsəm kimi bir- birinin üzünə baxırdılar….
Polislər getdi. Müdir məni çağırıb, cərimə olunduğuna görə işdən azad etdi… Mən onların cəzasını verdiyimə görə çox rahatam. İşi hər yerdən taparam, amma Vətən uğrunda canlarını fəda etmiş, şəhidlərimizin ruhları önündə rahatlıq tapdım… Bu mənə bəsdir…. Qadın o qədər həyəcanlı idi ki, evinə çatdığını belə hiss etməmişdi.
Sagollaşıb ayrıldı , getdi… Onun dediklərini beynimdə araşdırırdım- doğrudanmı bəzi gənclər hələ də hadisələri dərk etmir, düşmənlərimizin quyusuna su tökürlər!!!
Mənim həmin gənclərin düşmən südü içdiklərinə şübhəm qalmadı!!
Valideynlər, övladlarınızı qoruyun, axı gələcəyimiz onlardan asılıdır….
Nəzakət Eminqızı,
AJB-nin üzvü,”Yazarlar” jurnalının İƏ üzrə meneceri, DAMM-nin EŞ- nın sədri.