Dənizkənarı Milli Parkda meyit tapılıb.
Dəniz ərazisində aşkar edilən meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin araşdırmalara əsasən, ölən şəxsin Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Fərid Əbülfət oğlu Ağazadə olması müəyyən edilib.
İlkin ehtimala görə, Fərid Ağazadə özünü dənizə ataraq intihar edib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.