Budapeşt Putini həbs edə bilməyəcək” – Aparat rəhbəri

0
231

Budapeşt Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edə bilməyəcək.

Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Quiyaş imtinanın səbəbini açıqlayıb.

“Biz Macarıstan qanunlarına istinad edə bilərik və ona əsaslanaraq Rusiya prezidentini həbs edə bilmərik, çünki Macarıstanda BCM-in nizamnaməsi elan olunmayıb”, – o deyib.

O, keçmiş prezident Yanoş Aderin bu sənədə qarşı çıxdığını da xatırladıb. O hesab edirdi ki, bu, dövlətin konstitusiyasına ziddir. Bundan əlavə, qeyd edilib ki, Macarıstan hökuməti hələ də BCM-nin Putinlə bağlı qərarı ilə bağlı rəy formalaşdırmayıb.

“Belə qərarlar çıxış yolu deyil, çünki onlar sülhə yox, daha da gərginliyə səbəb olur. Bu, mənim şəxsi subyektiv fikrimdir”, – deyə o, yekunda bildirib.