Bu yeni cihaz atmosfer suyunu içməli suya çevirəcək

0
83

ABŞ alimləri atmosferdəki suyu içməli suya çevirə bilən cihaz hazırlayıblar.

“Cell Reports Physical Science” jurnalında dərc edilən məqalədə ABŞ-ın Yuta Universitetinin alimlərinin havada su molekullarını toplayıb onları içməli suya çevirə bilən cihaz hazırladıqları bildirilib.

Araşdırmanın nəticələrinə görə, hazırlanan cihazla su qıtlığı yaşayan ölkələr təmiz içməli su ilə təmin edilə bilər. Həmçinin istehsal edilən cihazda metal-üzvi quruluşa malik hiqroskopik materialların suyu çox yaxşı udduğu qeyd olunub.

Tədqiqat qrupundan olan Nathan Ortiz bildirib ki, istifadə edilən materialın molekulyar miqyasda çox böyük bir səth sahəsi var:

“Materialın səthində su buxarını tutduqdan sonra su molekulları qızdırılaraq mayeyə çevrilə bilər”.