
Qayda 1: Düzgün seçilmiş kəmər üçüncü deşikdə bağlanmalıdı, kəmərin artıq qalan hissəsi şalvardakı kəmərin taxılması üçün birinci hissədən keçirilməlidir.
Qayda 2: Heç zaman kəmərdə əlavə deşik açmayın, əgər kəmərin ölçüsü uyğun gəlmirsə onda xüsusi bolt vasitəsi ilə tənzimləyin.
Qayda 3: Klassik kişi kəmərinin rəngi ayaqqabı və çantanın rənginə uyğun gəlməlidir.
Qayda 4: Kəmərin rənginin saatın qayışının rəngi ilə uyğun gəlməsi mütləq olmasa da, arzuolunandır.
Qayda 5: İş kostyumu üçün ciddi, heç bir artıq elementsiz kəmər seçmək lazımdı, gündəlik istifadə üçün isə enli və sizə rahat olan kəmər seçməyiniz məqsədəuyğundu.