Beynəlxalq alimlər qrupu koronavirusa ən effektli təsir göstərən vitaminin hansı olduğu barədə araşdırma aparıblar.
Araşdırmalar nəticəsində C vitamininin koronavirus infeksiyasından ölümlərin üç dəfə azalmasına kömək etdiyi bəlli olub.
Bildirilib ki, C vitamininin istifadəsi koronavirusun səbəb olduğu ağır xəstəlik sayının azalmasına və nəticədə ölümlərin 68 faiz azalmasına kömək edir.
Həmçinin gündəlik 6-24 qram vitamin qəbulu infeksiya halında süni nəfəs cihazında qalma müddətini azaldır.Tədqiqat müəlliflərindən biri Anitra Karr qeyd edib ki, bədən immun sistemini dəstəkləmək üçün C vitamini istifadə edir, lakin orqanizm C vitamini ifraz edə bilmir.