
Britaniyalı həkimlər orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərindən danışıblar.
Mütəxəssislərin fikrincə, bu vitaminin çatışmazlığına sümük ağrısı ilə yanaşı, bədən zəifliyi də işarə edə bilər. Həkimlər D vitamini çatışmazlığının ürək və ya xərçəngdən ölüm riskinin artması ilə əlaqəli olduğunu vurğulayıblar.
Mütəxəssislər bu vitamini qəbul etməzdən əvvəl həkimə müraciət etməyi məsləhət görüblər.