Bu vilayət Ukraynanın yeni paytaxtı ola bilər

0
134

İspaniyadan Ukraynanın Lvov şəhərinə dəmir yolu çəkiləcək. Bu, Lvov vilayətinin sərhədləri daxilində Ukraynanın yeni paytaxtı olacağının ilk faktıdır.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X sosial şəbəkə hesabında yazıb.

“Ehtimal olunur ki, İspaniyadan Avropanın cənubuna uzanan layihələndirilən beynəlxalq dəmir yolu Lvovda başa çatmalıdır. Bu, Lvov-Lemberqin Ukraynanın Lvov vilayətinin sərhədləri daxilində yeni paytaxtı olacağının ilk tanınması kimi görünür”, – D.Medvedyev qeyd edib.