Bu uşağın süd dişi REKORDLAR KİTABINA düşdü

0
454
Bu uşağın süd dişi REKORDLAR KİTABINA düşdü

Kanadanın Piterboro şəhərinin 8 yaşlı sakini Lük Bultonun süd dişini çıxaran stomatoloq heyrətə gəlib: 2,6 santimetr uzunluğunda olan bu diş Ginnesin Rekordlar Kitabına düşüb.

Bu barədə “PTBO Canada” yazır.

“Bu dişin kiminsə ağzında olduğunu düşünmək də dəhşətə gətirir”, – deyə uşağın atası Kreyq Bulton etiraf edib.

Dişin dünyada ən uzun diş olduğu ehtimalı ilk öncə Lükun bacısı Leanın ağlına gəlib.

Bulton ailəsi dünya rekordu üçün müraciət etdikdə isə Ginnesin Rekordlar Kitabının nümayəndələri Lükun rekordunu təsdiqləyiblər. Artıq müvafiq sertifikat da hazırlanıb.