Bu türk şəhəri dünyanın turizm paytaxtı elan edildi

0
259

İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.

Bu haqda Özbəkistan baş nazirinin müavini, turizm və idman naziri Əziz Abduhakimov məlumat verib.

O deyib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.

A.Abduhakimov bildirib ki, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır. Tikilməkdə olan “Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. “New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.

Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.