Bu türk ölkəsi məmurların diplomlarını yoxlayacaq

0
312

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi bütün vəzifəli şəxslərin və deputatların ali təhsil diplomlarının həqiqiliyini yoxlayacaq.

Bunu Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Qamçıbek Taşiyev deyib.

“Kiminsə saxta diplomu olduğu üzə çıxarsa, o, dövlət qulluğundan qovulacaq və ya mandatdan məhrum ediləcək”, – Taşiyev bildirib.

Taşiyev bildirib ki, 1995-ci ildən başlayaraq ölkədə saxta ali təhsil sənədlərinin sayı artıb:

“İndi həmin saxta sənədlərin sahibləri dövlət qurumlarında vəzifə tuturlar. Hər birini yoxlayacağıq”.