Astana müharibəyə hazırlaşmır və “Ərazi müdafiəsi haqqında” (TD) qanun layihəsi Moskvaya qarşı yönəlməyib.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi faktların təhrif edilməsinin və ədalətsiz şərhlərin qarşısının alınması üçün rəsmi açıqlamaların verilməsini zəruri hesab edir. Bu qanun layihəsi yalnız ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib və heç bir anti-Rusiya məzmunu yoxdur”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirliyin nümayəndələri vurğulayıblar ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İttifaqı (Aİİ) çərçivəsində mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin saxlanıldığı respublikanın strateji tərəfdaşıdır.