Bu telefonların ömrünə cəmi 10 gün qaldı – SİYAHI

0
11

Texnologiya nəhəngi “Xiaomi” 2025-ci ilin iyun ayından etibarən yenilənmə dəstəyi dayandırılacaq telefon modellərini yeniləyib.

Siyahıya “Redmi” və “POCO” brendlərinə aid 7 ağıllı telefon daxildir. Bu cihazlar texniki olaraq işləməyə davam etsə də, tezliklə təhlükəsizlik riskləri və proqram uyğunluğu problemləri ilə üz-üzə qalacaqlar.

İyunda “istifadə müddəti bitəcək” modellər:

Redmi Note 11T Pro

Redmi Note 11T Pro+

Redmi K50i

POCO X4 GT

POCO C40

Redmi K40S

POCO F4

Bu modellər iyun 2025-dən etibarən Android yeniləmələri və təhlükəsizlik düzəlişləri almayacaq.

Bir cihazın yenilənmə siyahısından çıxarılması, sadəcə yeni Android versiyalarının gəlməməsi demək deyil. Bu həm də:

Təhlükəsizlik boşluqlarının bağlı qalmayacağı,

Yeni proqramların uyğunsuz ola biləcəyi,

Sistem xətalarının düzəldilməyəcəyi və

Cihazın kiber hücumlara açıq hala gələcəyi mənasına gəlir.

Yəni telefon işləsə belə, istifadəçi üçün təhlükə artacaq.

Əgər siz də yuxarıda adı çəkilən modellərdən birini istifadə edirsinizsə, iyun 2025-dən əvvəl məlumatlarınızı ehtiyat nüsxə ilə saxlamanız və mümkün qədər tez yeni bir cihaz almanız tövsiyə olunur.