Bu tarixlərdə nəqliyyatın fəaliyyəti dayandırılacaq

0
737

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah qərar qəbul edib.

Aşağıda qeyd olunan tarixlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərt karantin rejimi 31 avqusta qədər uzadılıb.