İyunun 11-də nadir və təsirli astronomik hadisəyə şahid ola biləcəyik yəni, “Çiyələk Ayı” səmada parlayacaq.
“Çiyələk Ayı” termini yay fəslinin ilk tam Ayına və yay gündönümünə qədər görünən sonuncu dolunay mərhələsinə aiddir. Bu ilki hadisə xüsusilə möhtəşəm olacaq. Ay üfüqə çox yaxın göründüyü üçün olduqca heyrətamiz bir vizual mənzərə yaradacaq.
Yer atmosferinin yaratdığı optik illüziya nəticəsində Ay öz normal ölçüsündən təxminən 20% daha böyük görünəcək. Havanın sıx qatlarından keçən işıq isə Ayın səthinə isti, qırmızımtıl bir çalar bəxş edəcək.
Bu hadisə həm də astronomiya tarixində nadir sayılan bir an olacaq çünki bu, Şimal yarımkürəsində son illərin “ən aşağı” mövqedə görünən tam Ayıdır. Belə bir fenomen yalnız 2043-cü ildə təkrarlanacaq.