Əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq.
Bunu Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ.Vəliyevin sözlərinə görə, hər hansı texniki problem olmasa, fevral ayının 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək.
Nazir müavini onu da qeyd edib ki, 2021-ci ilə qədər bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq.