Bu ştrix kodu olan məhsulları almayın, süni və zərərlidir – Azərbaycanda da var

0
475

Ərzaq məhsullarının üzərində bu ştrix kodlar varsa, ondan yan keçməyiniz məsləhətdir: 6-90 -dan 6-93-ə kimi.

Bu kod məhsulun Çində istehsal olunur. Amma hər məhsul da kodlu olmur. Xüsusən tərəvəzlər, çəki ilə satılanlarda kod tapa bilməyəcəksiz.

Hazırda Çin MDB ölkələrinə ən çox qida ixrac edən ölkədir. Ümumiyyətlə, 20 ildən sonra Çİn bütün dünya əhalisinin 20%-ni yedirəcək.
Milli.Az medicina.az-a istinadən bu məhsulların hansı zərər verdiyini araşdırıb.

Birinci səbəb Çinin  hava, su çirklənməsi, ekologiyadır.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Çinin 70% ərazisində havanın çirklənməsi 5 dəfə artıqdır. Ölkənin 75% çayları, su hövzələri kirlənib. Torpaq sahəsi isə əkinçilik üçün çoxu yararlı deyil.

Buna baxmayaraq Çİn həm milyardlıq əhalisini doyurmaq, həm də qazanmaq üçün kənd təsərrüfatı məhsulları yetişdirib digər ölkələrə ixrac edir. Bu məhsulların ucuz olması isə Rusiya, MDB dövlətləri kimi ölkələr üçün cəlbedicidir.
Ən çox nə gətirilir:

1.Birinci yerdə balıqdır.

Süni göllərdə yetişdirilən treska, tıxsız balıq və tilapiya. Bu balıqlar cəmi 1 aya çox çirkli sularda hormon və antibiotiklərlə yetişdirilir. Analizlər göstərib ki, Çin tilapiyasında 80% çox fosfor var.
Bu balıqlar böyrək və qaraciyəri çökdürür, damarları tutur.
2.Alma şirəsi

Xüsusən uşaqlar üçün hazır alma şirələrini hətta ABŞ belə Çindən alır. Rusiya və digər ölkələrə Çİn alması etiketsiz gəlir, ona Rusiya, Qazaxıstan etiketi vurulur və başqa adla satılır. Məhz ucuz və pestisidli Çin almasından alma şirələri, alma püreləri hazırlanıb marketlərə paylanılır.

3.Sarımsaq

Yəqin ki, marketlərdə eyni ölçüdə, ağappaq və qoxulayanda kəskin sarımsaq qoxusu belə gəlməyən  ucuz sarımsaqları ilboyu, hətta soyuq qışda belə görürsüz. Hazırda Azərbaycanda 90% marketlərdə Çin sarımsağı satılır. Onların üzərini xüsusi məhlulla işləyirlər ki, uzun  müddət qalsın və çürüməsin.

Əslində təbii torpaqda yetişən əsl sarımsaq bir müddət sonra çürüyüb, quruyub, cücərməlidir.
Məlum olub ki, Çin sarımsağının suvarıldığı suda plastik zərrəcikləri və qrunt suları toksinləri var.

4.Duz

İndi Avropa bazarlarına da Çin duzu sızıb. Çinlilər qida yox, sənaye duzunu elə formada işləyib dəyişirlər ki, qida duzundan fərqlənmir. Onun tərkibi də plastiklə zəngindir.

2008-ci ildə Çinin özündə süd ilə bağlı böyük qalmaqal olmuşdu. Südün tərkibində melamin aşkarlanmışdı. Bu maddəyə görə 300 min uşaq zəhərlənmişdi, 7 uşaq isə ölmüşdü. Əgər Çin hökuməti öz vətəndaşlarına belə südü satıbsa, deməli, bu südü digər ölkələrə də satır.

Ona görə Çin istehsalı sarımsaq, duz, tilapiya balığı, eləcə də şübhəli xarici marka südlərindən, 6-90 kodlu qida məhsullarından uzaq durun.