“Bu siyasət Ermənistanı məhv edəcək”

0
187

“Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı keçirilir.

Tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edib.

O bildirib ki, Ermənistan Beynəlxalq Məhkəmənin tələblərinə məhəl qoymur:

“Günü-gündən Ermənistanın Azərbaycana olan nifrəti artır. Ermənistanda olan son mitinqlərdə “Türksüz Ermənistan” nitqi səslənmişdi. Bu çıxışları məhkəməyə göndərsək də, o sözləri deyənlər hələ də azadlıqdadılar.

Təəssüflər olsun ki, Ermənistan hələ də sülh müqaviləsi üçün addım atmır. Hələ də nə qədər insan mina terrorunun qurbanıdır. Nifrət siyasəti Ermənistanı məhv edəcək”.