Bu silahlarla düşmən geri otuzduruldu – MN

0
771

Proses onu göstərdi ki, Ermənistan heç şübhəsiz ki, işğalçılıq siyasətini yürütmək istəyir. Ərazilər işğal etmək və hər hansı mövqelər ələ keçirmək istəyir.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş hazırlığı, mənəvi-psixoloji ruhu və bu istiqamətdə yerləşən bölmələrimizin hazırlığı bunun qarşısını qəti surətdə alıb:

“Sərəncamımızda olan silah-sursat düşmənin yerində saxlanılmasına və onun itki verərək geri otuzdurulmasına şərait yaratdı. Biz də bunu həyata keçirdik”.