68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin 9 və 25 saylı seçki məntəqələri tələbələrə uyğun şəkildə işləməyib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında Məzahir Pənahov deyib.
O bildirib ki, həmin məntəqələr barədə ciddi ölçü götürüləcək.
MSK katibi Mikayıl Rəhimov deyib ki, 9 saylı məntəqənin sədri seçki günü qanunları yanlış şərh edib.
Qeyd edək ki, həmin dairənin lider namizədi Elman Nəsirovdur.