Bu şəxslərin Rusiyaya girişinə qadağa qoyuldu: siyahıda görün kimlər var

0
139

Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkələrin 347 rəsmi və ictimai xadiminin ölkəyə girişini qadağan edib.

Baltikyanı ölkələrin Moskvaya qarşı düşmənçilik siyasətinə cavab olaraq, nazir, deputatlar, ictimai xadimlər və jurnalistlər də daxil olmaqla, Latviya, Litva və Estoniyadan olan 347 vətəndaş Rusiyanın “stop siyahısı”na daxil edilib. Bildirilib ki, bu siyahı istənilən vaxt genişləndirilə bilər.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bunları da əlavə edib: “Baltikyanı ölkələrin Rusiyaya qarşı düşmənçilik siyasəti, Latviya, Litva və Estoniyanın sanksiya tədbirləri üçün aktiv lobbiçilik fəaliyyəti, ölkənin daxili işlərinə müdaxilə, rusdilli əhalinin təqib edilməsi, Rusiyaya qarşı vəhşi kampaniya aparanlarla bu da bir növ mübarizə üsuludur. Əsgərlərin abidələrinin kütləvi şəkildə sökülməsi, tarixin yenidən yazılması, nasizmin tərənnümü, eləcə də baltların Kiyev rejimini silahla gücləndirmək üçün izlədiyi cinayət xətti bu vəhşiliklərdə iştirak edənlərə qarşı cavab tədbirləri tələb edir”.