Bu şəxslərin maaşları artdı – Rəsmi

0
333

2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, əmək haqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 623,9 manat, özəl müəssisələrdə isə 803,0 manat təşkil edib.

Mədənçıxarma sənayesində (3 267,4 manat), maliyyə və sığorta fəaliyyəti (1717,1 manat), peşə, elmi və texniki fəaliyyət (1 178,8 manat), informasiya və rabitə (1071,7 manat), eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində (878,8 manat) orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

İlkin məlumatlara görə, 2020-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 1,8 faiz azalaraq 55726,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50689,6 milyon manatlıq vəsait qalıb.