Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkhaqları artırılıb.
Bu barədə rektor müvafiq qərar qəbul edib.
Belə ki, professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20%, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15% artırılıb.
Qərara əsasən, AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqısı vergi tutulmalarından sonra 1 696 manat, dosentin əməkhaqqısı isə 1 404 manat təşkil edəcək.