Bu şəxslərə Almanya vətəndaşlığı verilməyəcək – Yeni şərtlər AÇIQLANDI

0
147

Almaniya prezidenti Frank Ştaynmayerin martın 26-da imzaladığı “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi Qanunu” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib.

Yeni qanuna görə, Almaniyada yaşayan başqa ölkə vətəndaşları öz ölkələrinin vətəndaşlığından imtina etməli olmayacaqlar.

Almaniya vətəndaşlığının səkkiz il olan müddəti 5 ilə endiriləcək. Kişi və qadın bərabərliyini qəbul etməyən, antisemitizm, irqçilik, ksenofobiya və digər qeyri-insani hərəkətlərdə olanlara Almaniya vətəndaşlığı verilməyəcək. Almaniyada doğulan uşaqlar, əgər valideynlərindən biri bu ölkədə qanuni olaraq, azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər. Vətəndaşlıq üçün müraciət edənlər də alman dilini bilmələrini təsdiqləmək üçün imtahan verməlidirlər.