
Qax rayonunun Qaxbaş kənd sakini, 1964-cü il təvəllüdlü Abdulla Cuma oğlu Abdullayev itkin düşüb.
Bu barədə itkin düşən şəxsin oğlu Camal Abdullayev bildirib.
O deyib ki, A.Abdullayev yanvarın 24-də evdən çıxıb və bir daha geri qayıtmayıb: “Atam evdən gedərkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub. Həmin vaxt spirtli içki qəbul etmişdi. Axşam saat 19-00 radələrində yaxınlıqda yerləşən mağazaya siqaret almağa getdiyini söylədi və bir daha geri qayıtmadı”.
“Abdulla Abdullayevin əlamətləri – dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, boyu isə 1.60 sm-dir. Onu görənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur. 050-462-55-90”, – C.Abdullayev vurğulayıb.
