Sentyabrın 27 dən İkinci Qarabağ Savaşı başlayandan şanlı ordumuzun qələbə yürüşünə şahidlik etmək və döyüşcülərimizi intiqama səsləmək üçün döyüş bölgələrini qarış – qarış gəzən igid kəşfiyyatçı İbad Hüseynlidən yeni xəbər var.
Daha doğrusu, erməni saytları və düşmən ölkənin sosial şəbəkə istifadəçiləri Birinci Qarabağ Savaşında onlara bir ömür boyu unutmayacaqları qulaqburması verən İbad Hüseynlinin yenidən səngərlərdə görünməsindən narahat olmağa başlayıblar və Monte Melkonyanın qisasını almaq üçün hətta başına 1 milyon dollar da pul qoyublar.
Yayılan xəbərlərlə bağlı İbad Hüseynlinin özü ilə əlaq saxlanılıb. İgid kəşfiyyatçı sualımıza qısa cavab verib:
“Bu şərəfsiz ermənilər anlamırlar ki, mənim başım bir milyonluq baş deyil! Bu baş, erməni şərəfsizlərin böyük planlarını pozan başdı…”