İstanbul rəsmiləri qar yağması səbəbindən şəhər məktəblərində dərsləri ləğv edib, motosiklet kuryerlərinin yollardan istifadəsinə qadağa qoyub, hava şəraiti ilə əlaqədar yüzlərlə reys təxirə salınıb.
Bu barə “RİA Novosti məlumat yayıb.
Nəşr qeyd edib ki, İstanbulda bu həftə dörd günlük qar yağması və “Sibir” siklonunun təsiri altında temperaturun kəskin aşağı düşməsi səbəbindən qar yığınları yarana bilər.
Sinoptiklər bəzi ərazilərdə artıq stabil qar örtüyünün formalaşdığını, digərlərində qarın dərhal əridiyini, lakin cümə günü qarın yenidən bütün şəhəri bürüyəcəyini bildirir.
İstanbul valisi Davud Gül şəhərdəki bütün məktəb və uşaq bağçalarının cümə axşamı və cümə günləri bağlanacağını, universitetlərin isə fərdi qərar verəcəyini bildirib.
Dövlət orqanlarının işçiləri, əlillər, veteranlar, hamilə qadınlar və səkkiz yaşınadək uşaq anaları işdən müvəqqəti azad ediliblər.