Venesiyada ilk dəfə olaraq tam elektriklə işləyən su taksisi fəaliyyət göstərəcək.
“Lucietta” adlı qayıq 29 may – 2 iyun tarixlərində Venesiyada keçiriləcək qayıq şousunda təqdim olunacaq.
“Lucietta”nın dizaynerləri qayığın Venesiyada elektrikli şəhər hərəkətliliyinin yeni paradiqmasını, eyni zamanda, ənənə ilə yenilik arasındakı tarazlığı təmsil etdiyini bildirirlər.
İlk elektrikli su taksisi, həmçinin 27 avqust – 6 sentyabr tarixlərində keçiriləcək 82-ci Venesiya Film Festivalının zamanı aktyorların tarixi şəhərdən Lido adasına çatdırılmasında əsas olacaq.