Bu rayonlardakı meşə yanğınları SÖNDÜRÜLDÜ

0
490

Bu rayonlardakı meşə yanğınlarıSÖNDÜRÜLDÜ

Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsu rayonlarında baş verən meşə yanğınları söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.