Bu qidaları acqarına qəbul etməyin

0
296

Çox insan ac olduğu halda sağlam olmayan və normaldan daha tez istehlak edə biləcəyi qidalara üstünlük verir. Ancaq mütəxəssislər bu vəziyyətin olduqca yanlış olduğunu qeyd edib.

Çiy tərəvəzlər

Bişməmiş tərəvəzlər çox xeyirlidir və zəngin amin turşuları mənbəyidir. Ancaq onları acqarına istehlak etmək şişkinliyə və qarın ağrısına səbəb ola bilər.

Sitrus meyvələri

Sitrus meyvələrindən xüsusilə portağal və naringi turşu baxımından zəngindir. Ancaq boş mədəyə qəbulu qastritə və allergik reaksiyalara səbəb ola bilər.

Ədviyyatlar

Yeməklərə ləzzət qatan ədviyyatlar boş mədəyə ötürüldükdə mədə mukozasına ziyan vura bilər və bu da ciddi problemlər yarada bilər.

Qatıq və mayalanmış süd məhsulları

Tədqiqatlara görə, qatıq və bəzi süd məhsulları boş mədəyə qəbul edildikdə faydalı bakteriyaları məhv edə bilər.

Pomidor

Pomidor özündə yüksək miqdarda tannik turşusu ehtiva edir. Boş mədəyə pomidor istehlak edildikdə, mədənin turşu səviyyəsi artır. Bu isə öz növbəsində qastritə səbəb ola bilər.

Şəkər və şəkərli qidalar

Boş mədəyə anidən şəkər və ya şəkərli qidalar istehlak edildikdə, qan şəkəri qalxa bilər. Bu, bir müddət sonra diabetə də səbəb olur.

Soyuq enerji içkiləri

Enerji içkilərinin mədə üçün zərəri həddən artıq çoxdur.

Armud

Armud ən yüksək lif dərəcəsi olan meyvələrdən biridir. Lakin boş mədəyə istehlak edildikdə, bu liflər mədə mukozasına zərər verə bilər.

Banan

Boş mədəyə istehlak ediləcək banan qanda maqnezium səviyyəsinin sürətlə artmasına səbəb olur. Bu yüksəliş ürəyinizə də zərər verə bilər.