Bu qidalar meteohəssas insanlar üçün qadağandır

0
210

Payızda havanın sürətli dəyişməsi meteohəssas insanlarda narahatlıq yarada bilər. Neqativ nəticələrdən qurtulmaq üçün bəzi qidaları gündəlik rasionunuzdan çıxarmaq lazımdır.

Bu sözləri diyetoloq Yelena Solomatina “Sputnik” radiosuna bildirib. Həkim bildirib ki, əgər insan atmosfer təzyiqində dəyişiklikləri kəskin hiss etməyə başlayırsa, o zaman ürək-damar sisteminə faydalı təsir göstərəcək rasiona riayət etməyə başlamalıdır. Onun sözlərinə görə, meteohəssas insanlar üçün trans yağlar (duzlu, hisə verilmiş, marqarin), ağ undan hazırlanmış məhsullar və şəkər əlavə edilmiş məhsullar əks göstərişdir. Zərərli maddələr sırasına duz da daxildir.

“Duzu rasiondan çıxarmaq lazımdır, çünki o, bədəndə maye saxlayır ki, bu da təzyiqin artmasına səbəb olur. Havada oksigenin miqdarı az olduqda (atmosfer təzyiqinin dəyişməsi səbəbindən) bəzi insanlara tərkibində natrium olan məhsullar pis təsir edəcək. Xüsusilə sosiska, kolbasa, vetçina zərərlidir”, – diyetoloq yekunda deyib.