Bu qidalar asılılıq yaradır – ŞOK FAKTLAR

0
199

Yüksək emal prosesindən keçən peçenye, dondurma, kartof fri, çipsi, müxtəlif hazır qidalar tütün kimi asılılıq yaradır.

Rus dietoloqlar süni əlavə olan qidaların asılılıq yaratdığını bildiriblər. Bəzi qidalarda bu asılılıq təbii olsa da, bəzilərində belə deyil.

İddialara görə, asılılıq süni olaraq istehsalçı şirkətlər tərəfindən məhsulun daha çox satılması üçün kimyəvi yollarla yaradılır.

Qidalara əlavə edilən müəyyən maddələr beyindəki həzz mərkəzini süni şəkildə stimullaşdırır.

Eyni zamanda, asılılıq yaradır. İnsan özünə əngəl ola bilmir və hər gün belə yeməklər yemək istəyir.

“Məsələn, qlutamik turşu duzu belə əlavələrdən biridir. Maddə dad ocaqlarını qıcıqlandırır. Bu da beyinə insanın yüksək keyfiyyətli və təzə məhsul qəbul etməsi barədə siqnallar göndərir”, – deyə həkim izah edib.

Pendirə həddindən artıq rəğbət də qida asılılığına səbəb ola bilər. Onun tərkibində asılılıq yaradan tiramin var.

Lazımsız yeməyə psixoloji ehtiyac anksiyete pozğunluğu yaradır. Bu da öz növbəsində uzun müddət davam edən stressə gətirib çıxara bilər.

Asılılıq yaradan qidalar aşağıdakılardır:

  • Yumurta
  • Bifşteks
  • Jelibon
  • Kərə yağı ilə popkorn
  • Dondurma
  • Peçenye
  • Kartof qızartması
  • Keks
  • Şokolad
  • Çörək
  • Pendir
  • Qoz, fındıq, badam və s.
  • Hamburger
  • Qızardılmış toyuq
  • Tort
  • Çipsi